Advertisment

Kanada 6-cı nəsil qırıcı təyyarə proqramına qoşulacaq

Kanada, Britaniya-İtaliya-Yaponiya 6-cı nəsil qırıcı təyyarə proqramında müşahidəçi olacaq.

Herbiand.az bildirir ki, bu barədə Politico nəşri yazıb.

Məqalədə qeyd edilib ki, Kanadanın Baş naziri Mark Karni hökuməti üç müttəfiqin layihədə iştirak etməsi üçün bir neçə ay sərf edib: “Yaponiya hökuməti əlavə ölkələrin cəlb edilməsinin 2035-ci ildə qırıcıların kütləvi istehsalına başlamasını gecikdirəcəyindən qorxaraq müqavimət göstərib”.

Nəticədə tərəflər razılığa gəliblər ki, Ottavanın iyulun 21-də Londonda keçiriləcək iştirakçı ölkələrin müdafiə nazirlərinin görüşündə müşahidəçi kimi proqrama rəsmi olaraq qəbul ediləcəyi gözlənilir.

Britaniyanın BAE Systems, İtaliyanın Leonardo və Yaponiyanın Mitsubishi Heavy Industries şirkətləri layihədə əsas rol oynayırlar.

Proqram hazırda Böyük Britaniya və Avropada xidmətdə olan Eurofighter Typhoon qırıcılarını, Yaponiyanın Mitsubishi F-2 və Amerikanın F-35 qırıcılarını əvəz etmək üçün nəzərdə tutulub.

Bəxtiyar CƏFƏRLİ