Advertisment

Peskov: Rusiya üçün Ukraynanın müdafiə nazirinin kim olmasının fərqi yoxdur

Kreml Ukrayna Müdafiə Nazirliyi rəhbərinin istefası xəbərinə reaksiya verib.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O deyib ki, Moskva üçün Kiyevdə bu vəzifəni kimin tutması əhəmiyyətli deyil: "Rusiya üçün Ukraynanın müdafiə nazirinin kim olmasının fərqi yoxdur".

Peskov qeyd edib ki, Moskva üçün Ukrayna Müdafiə Nazirliyinin rəhbərliyində sülh yoluna çıxışı və ya xüsusi hərbi əməliyyatın başa çatmasını təmin edəcək məsuliyyətli qərarlar qəbul edə bilən bir şəxsin olması vacibdir. Kreml əmindir ki, Kiyev müzakirə olunan konkret addımlardan yaxşı xəbərdardır.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski müdafiə naziri Mixail Fedorovu vəzifəsindən azad edib.

Bəxtiyar CƏFƏRLİ