Rumıniya ordusu nüvə elektrik stansiyasının reaktorlarından birinin işlək vəziyyətdə qalması üçün Dunay çayında yerləşən qayanı partlatmağa hazırlaşır.
Herbiand.az bildirir ki, bu barədə Digi24 nəşri xəbər verir.
Ordu artıq iki partlayış həyata keçirib. Rumıniya Hərbi Dəniz Qüvvələrinin komandan müavini Marsel Nekulaenin sözlərinə görə, bunun kifayət edəcəyi gözlənilirdi. Lakin qayanın daha güclü olduğu üzə çıxıb. Buna görə də, hakimiyyət orqanları daha çox partlayıcı maddə istifadə edərək əməliyyatı davam etdirməyi planlaşdırır.
Əməliyyata 100-dən çox hərbi qulluqçu cəlb olunub. Döyüş dalğıcları artıq bir sıra sınaqlar keçiriblər.
Bəxtiyar CƏFƏRLİ