Ermənistanda yeni seçilmiş qanunverici orqanın ilk iclası avqustun 3-də keçirilib. Lakin parlamentdə təmsil olunan müxalif "Ermənistan" bloku iclası boykot edərək iştirak etməyib.
Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, plenar iclas hakim "Vətəndaş Müqaviləsi" Partiyasının deputatları, müxalif "Güclü Ermənistan" alyansının üzvləri və digər parlament təmsilçilərinin iştirakı ilə baş tutub.
Xatırladaq ki, "Ermənistan" bloku ölkənin sabiq prezidenti Robert Koçaryanın ətrafında formalaşan siyasi qüvvədir. Parlamentdə təmsil olunan "Güclü Ermənistan" alyansı isə iş adamı Samvel Karapetyanla əlaqələndirilən siyasi birlik kimi tanınır.