Advertisment

Şimal donanmasının qüvvələri Barents dənizində raket atışları təlimləri keçirib

Rusiya Hərbi Dəniz Qüvvələrinin Şimal donanması Barents dənizində şərti düşmən dəniz qruplarını məhv etmək üçün qarışıq qüvvələrdən ibarət təlim keçirib.

Herbiand.az Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, manevrlərdə “Marşal Ustinov” idarə olunan raket kreyseri, “Admiral Qolovko” freqatı, “Orel” nüvə enerjisi ilə işləyən raket sualtı qayığı və “Bastion” sahil müdafiə raket sistemi iştirak edib.

Təlimin müəyyən mərhələlərində Tu-142 sualtı qayıq əleyhinə təyyarəsi, Su-24M bombardmançı təyyarələri, MiQ-29K daşıyıcı göyərtə qırıcı təyyarələri, Tu-22M3 uzaqmənzilli raket daşıyıcıları və İl-78 yanacaq dolduran təyyarə də iştirak edib.

Nazirlikdən bildirilib ki, “Admiral Qolovko” freqatı “Kalibr” qanadlı raketdən, “Marşal Ustinov” isə “Vulkan” qanadlı raketlərdən atışlar ediblər.

“Bastion” raket diviziyasının heyəti Rıbaçi yarımadasındakı mövqedən “Oniks” səsdən sürətli gəmi əleyhinə raket atıb. Bundan əlavə, “Orel” çoxməqsədli sualtı qayığı suya batarkən hədəf mövqeyinə üç “Qranit” qanadlı raket atıb.

Bəxtiyar CƏFƏRLİ