Advertisment

İspaniya gəmiləri üçün lazerlə idarə olunan yeni HHM sistemi hazırlanacaq

İspaniyanın Indra şirkəti İspaniya Hərbi Dəniz Qüvvələrinin SILAEM modernləşdirmə proqramının bir hissəsi olaraq döyüş gəmiləri üçün lazerlə idarə olunan anti-ballistik raket sistemi hazırlamağa başlayıb.

Herbiand.az bildirir ki, 51 milyon avro dəyərində maliyyələşən proqrama sistemin iki versiyası daxildir: müstəqil konfiqurasiya, SCOMBA döyüş məlumat və komandanlıq sistemi ilə inteqrasiya olunmuş versiya.

Gəminin son müdafiə xətti kimi hazırlanmış sistem, düşmənin sürətli hücum gəmiləri, pilotsuz hava və suüstü sistemlər, gəmi əleyhinə raketlər və sahil ərazilərindən hücumlar da daxil olmaqla bir sıra təhdidlərə qarşı durmalıdır.

Bəxtiyar CƏFƏRLİ