Rusiya ayda Patriot tutucularından daha çox ballistik raket istehsal edir.
Herbiand.az bildirir ki, bu barədə The New York Times qəzeti yazıb.
"Rusiya ayda təxminən 120 ballistik raket istehsal edir ki, bu da Amerika Patriot tutucularının ümumi istehsalından çoxdur", - qəzet qeyd edib.
Nəşr xəbər verir ki, Moskva və Kiyev müasir hava hücumundan müdafiə silahlarının çeşidini genişləndirməyə davam edirlər. Lakin Ukrayna sənaye istehsalı miqyas baxımından Rusiya ilə rəqabət apara bilmir. Qəzet həmçinin bildirib ki, Rusiya Silahlı Qüvvələri müntəzəm olaraq hava hücumlarının intensivliyini artırır və Ukraynanın HHM sistemindəki zəif cəhətləri müəyyən edir.
Bəxtiyar CƏFƏRLİ