Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb.
Herbiand.az -ın xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu gün brifinqdə bildirib.
Bununla belə, o qeyd edib ki, Məkkə sazişini imzalayan Türkiyə, Pakistan və Səudiyyət Ərəbistanı ilə regional təhlükəsizliyin müzakirəsi üçün danışıqlar aparılması məsələsi gündəmdədir.