Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini və “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandanı general Aptı Alaudinov xüsusi hərbi əməliyyat başa çatdıqdan sonra ölüm hökmünün müvəqqəti bərpasının tərəfdarıdır. O, belə cəzanın müharibə cinayətlərində ittiham olunan Ukrayna Silahlı Qüvvələrinin komandirləri və əsgərlərinin tribunalı üçün zəruri olduğunu düşünür.
Herbiand.az xəbər verir ki, Alaudinov bu barədə TASS müxbirlərinə danışarkən bildirib.
O, qeyd edib ki, münaqişə bitdikdən sonra genişmiqyaslı hərbi tribunal keçirilməlidir və bunu Nürnberq məhkəmələri ilə müqayisə edib. O, hesab edir ki, gələcək məhkəmə rus adına sahib olmalıdır.
General dost olmayan dövlətlərin nümayəndələrini məhkəməyə dəvət etməyi təklif edib. Alaudinov hesab edir ki, onlar məhkəmə proseslərinin və təqsirləndirilən şəxslərə sərt hökmlərin verilməsinin şəxsən şahidi olmalıdırlar.
Onun sözlərinə görə, Rusiyada ölüm hökmünə qoyulan moratorium tribunalın mövcud olduğu müddətdə ləğv edilməlidir.
Bəxtiyar CƏFƏRLİ