Advertisment

Ukrayna Rusiyanın Yaroslavl vilayətində neftayırma zavoduna hücumu təsdiqləyib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Yaroslavl vilayətində yerləşən “Slavneft-YANOS” neftayırma zavoduna zərbə endirildiyini təsdiqləyib.

“RBC-Ukraine” xəbər verir ki, Ukrayna hərbi rəsmilərinin məlumatına görə, hücumdan sonra zavodun ərazisində yanğın baş verib.

Qeyd edək ki, daha əvvəl də “Slavneft-YANOS” zavodunun vurulması barədə məlumatlar yayılmışdı.

“Slavneft-YANOS” Rusiyanın ən böyük neftayırma müəssisələrindən biridir. Zavodun illik neft emalı gücü təxminən 15 milyon ton təşkil edir.