İtaliyanın Leonardo müdafiə nəhəngi Kiyevdə özünün Leonardo Ukraine adlı törəmə müəssisəsini açıb. Yeni şirkət tamamilə ana qrup tərəfindən Leonardo International vasitəsilə idarə olunur.
Herbiand.az bildirir ki, bu barədə MF-Milano Finanza xəbər verir.
Törəmə müəssisədə mühəndislik tədqiqatları və inkişafı, telekommunikasiya avadanlıqlarının, naviqasiya cihazlarının və xüsusi təyinatlı nəqliyyat vasitələrinin istehsalı daxildir. Bundan əlavə, yeni qurum proqram təminatının hazırlanması, İT xidmətləri, elektron və optik sistemlərin quraşdırılması və texniki xidmətinə diqqət yetirəcək.
Bəxtiyar CƏFƏRLİ