Advertisment

Millət vəkilinin 23 yaşlı qızı vəfat etdi

Türkiyənin Ədalət və Qalxınma Partiyasının (AKP) Şanlıurfadan seçilmiş millət vəkili Abdulkadir Emin Önənin gənc qızı Fatma Zəhra Önən vəfat edib.

Herbiand.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir. Məlumata görə, 23 yaşlı qız müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, ötən il ağır avtomobil qəzası keçirmiş Fatma Zəhra Önənin qəfildən halı pisləşib. Xəstəxanaya aparılsa da, həkimlər gənc qızın həyatını xilas edə bilməyiblər.

Fatma Zəhra Önən Qalatasaray Universiteti Fransız dili və ədəbiyyatı fakültəsinin 3-cü kursunda oxuyurdu.

Herbiand.az