Advertisment

“Sülh müqaviləsinin imzalanması üçün  Ermənistana mütləq şəkildə yeni konstitusiya lazımdır”

Azərbaycanın Ermənistana təqdim etdiyi sülh müqaviləsi şərtlərindən biri də konstitusiyasında  dəyişikliyin olmasıdır. Ermənistan cəmiyyəti bunu qəbul etməsə və bu dəyişiklik olmasa hansı perspektivlər mümkündür?

Mövzu ilə bağlı Herbiand.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar, ilk növbədə baza prinsipləri əsasında sazişinin imzalanması gözlənilir:

“Almatıda nəzərdə tutulan danışıqlar da buna əsaslanacaq. Azərbaycan təklif etdiyi  sülh paketi də bu yöndədi. Təbii ki, Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün  üçün ilk növbədə Ermənistan qanunvericiliyində dəyişikliklər olmalıdır. Çünki Ermənistan konstitusiyası 1989-cu ildə qəbul olunan müstəqillik bəyannaməsinə əsaslanır və orada Azərbaycana qarşı ərazi iddiaları  var. Buna görə də Prezident İlham Əliyev də bu şərti irəli sürüb”.

Politoloq hesab edir ki, Ermənistan tərəfi  öz konstitusiyalarının elə özlərinin inkişafına xidmət etmədiyini anlayır:

“Çünki o konstitusiyada  qonşu ölkələrə düşmənçilik və ərazi iddiları yer alır. Hətta Nikol Paşinyan konstitusiyanın yenidən yazılmalı olduğunu da  vurğulamışdı. Sülh müqaviləsinin imzalanması üçün  Ermənistana mütləq şəkildə yeni konstitusiya lazımdır. Ermənistan bu istiqamətdə parlamentdə qanunvericiliyində yeni bir qanun qəbul etməlidir, ya da konstitusiya dəyişməlidir”.

Emin ŞİRVANZADƏ