Advertisment

“Avropa İttifaqı Cənubi Qafqazda münaqişələrin həlli prosesində öz mövqeyini möhkəmləndirmək üçün bu görüşü təşkil etmişdi” - Qabil Hüseynli

“Brüssel görüşü işçi xarakter daşıyırdı. Sadəcə olaraq Avropa İttifaqı Cənubi Qafqazda münaqişələrin həlli prosesində öz mövqeyini möhkəmləndirmək üçün bu görüşü təşkil etmişdi. Bu görüşü təşkil edənlər arasında ermənitərəf qüvvələr kifayət qədər çox idi. Amma Azərbaycan prezidenti kifayət qədər hazırlıqlı idi. Ölkə başçısı hər zaman ermənitərəf qüvvələrin hər hansı bir xoşagəlməyən cəhdlərinə qarşı dərhal cavab verir və onları neytrallaşdırır”.

Bu sözləri herbiand.az-a açıqlamasında politoliq Qabil Hüseynli dekabrın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilən üçtərəfli görüşə münasibət bildirərkən deyib.

Qabil Hüseynli vurğulayıb ki, Brüssel görüşündə hər hansı bir sənəd imzalanmadı və belə olacağı gözlənilirdi:

“Tərələr sadəsə olaraq indiyə qədər əldə edilmiş görüşlərin nəticələrini bir daha təsdiq etdilər. Xüsusi ağırlıqlığı iki ölkə arasında dəmir yol əlaqələrinin nizama salınması və onların necə olacağı barədə fikir mübadiləsindən ibarət oldu. Avtomobil yollarının açılması isə gələcək görüşlərdə müzakirə olunacaq. Yəni Soci görüşündə Putinin sülhyaratma prosesindəki rolu açıq-aydın Brüssel görüşü ilə müqayisədə daha inandırıcı təsir bağışladı”.

Bəxtiyar CƏFƏRLİ