Ötən gün Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutdu. Politoloq Zaur Məmmədov Herbiand.az-a görüşün detallarını şərh edib.
“Brüssel görüşü Azərbaycan və Ermənistan liderləri arasında ilk dəfə olaraq təkbətək görüş kimi yadda qaldı. Mən hələ üç gün bundan öncə qeyd etmişdim ki, Avropa İttifaqının paytaxtı kimi hesab olunan Brüsseldə keçirilən görüşün Moskva görüşlərindən ən önəmli fərqi ondan ibarət ola bilər ki, liderlər təkbətək görüşsün. Və dünən baş tutdu. Üçtərəfli görüşdən sonra təkbətək görüş oldu.
Təbii ki, Azərbaycan və Ermənistan arasında bağlı qapılar arxasında müzakirə ediləsi bir çox mövzular var. Məlum məsələdir ki, hər iki xalq və ölkə öz aralarında yeni mərhələyə qədəm qoya bilərlər. Bunun üçün nə qədər dialoq mühiti, liberal və demokratik dioloq çox olarsa, o qədər də yaxşı olacaq.
Təbii ki, Brüssel görüşündə 10 noyabr 2020- ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 3 tərəfli görüşdə bəyanatlara uyğun olaraq öhdəliklərinin yerinə yetirilməsinin zəruriliyi qeyd olunurdu. Eyni zamanda artıq dəmir yolu ilə bağlı, nəqiliyyatla bağlı hərtərəfli nəticələr əldə olunub. Ümumilikdə mənə görə Azərbaycan və Ermənistan arasında mühüm müzakirə mövzuları hələlik ictimaiyyətə açıqlanmayacaq. Çünki bunların reallaşması və uğurlu nəticələnməsi bir müddət qapalı qalması məsləhətlidir. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında münasibətlərin yeni dönəminin başlamsı üçün iki tərəf arasında demarkasiya və delimitasiya prosesinin başlanması zəruridir. Ümumilikdə mən hesab edirəm ki, Prezident İlham Əliyevin , həm Paşinyan , həm də Avropa İttifaqının Prezidenti Şarl Mişellə və NATO baş katibi Yens Stoltenberqlə görüşləri kifayət qədər uğurlu keçdi. Elə bu görüşlər keçirilən zaman “Qarabağ münaqişəsi” terminindən istifadə etməmələri, gələcəyə istiqamətlənmiş Azərbayacanın bəyan etdiyi layihələri dəstəkləmək notlu çıxışları da onun göstəricisidir. Beləliklə iki gün davam edən 14 və 15 dekabr tarixlərindəki Brüssel görüşlərində Azərbaycan bir neçə istiqamətdə öz hədəflərinə çatdı. Bundan sonra əsas məsələ nəzərdə tutulan layihələri həyata keçirməkdir”.
Zaur Məmmədov bütün bunlarla yanaşı İki ölkə arasında dəmir yol xəttinin açılmasının hər iki ölkə üçün səmərləli olacağını da bildirib:
“Dəmir yolunun açılması iki tərəf arasında üçtərəfli bəyanata uyğun olaraq kommersasiya xətlərinin açılmasıyla bağlıdır. Dəmir yolu bir istiqamətdir və bundan sonra Avtomobil yolunun açılmasımdan söhbət gedəcəkdir. Təbii ki, dəmir yolunun açılışı hər iki tərəf üçün mənfəət və qazanc deməkdir. Ən əsası bu Azərbaycan və Ermənistan üçün yeni mərhələdir. Biz uzun müddətdir ki, bu ölkələr arasında dəmir yolu və avtomobil yolunun olmamasının şahidi idik. Ümumiyyətlə aramızda heç bir əlaqə yox idi. Təbii ki, bu layihənin reallaşmasına mane olan qüvvələr tapılacaq. Onların yaxın zamanda təxribatları da gözlənilir. Lakin biz öz məqsədimizə mərhələli şəkildə çatacayıq və bizim bütün istəklərimiz Ermənistan tərəfindən yerinə yetiriləcək”.
Emin Şirvanzadə