“Əsir düşən hərbi qulluqçuların sonradan orduda xidmət etməsi qanunla nəzərdə tutulmur. Onlar düşmən tərəfində olduqları üçün filtirasiyadan keçirilməlidir, onların düşmən tərəfindən hər hansı fəaliyyətlər üçün münasibət qurub-qurmadıqlarını xüsusi dövlət orqanları dəqiqləşdirməlidir”.
18 dekabr 2021-ci ildə əlverişsiz hava şəraitində yollarını azaraq düşmən tərəfə keçən hərbi qulluqçularımızın ordudakı talehini hərbi ekspert Ədalət Verdiyev Herbiand.az-a şərh edib:
“Göründüyü kimi onlar orada sadəcə günyarım əsirlikdə oldular. Azərbaycan tərəf onların yollarını azaraq düşmən tərəfə keçdiyini açıqladı. Düşünürəm ki, onlarla müəyyən proklaktif tədbir keçirdikdən sonra xidmətlərini yəqin davam etdirəcəklər.
Müdafiə Nazirliyi hərbi qulluqçuların əsir düşdüklərilə bağlı hər hansı bir məlumat vermədi. Müdafiə Nazirliyinə sorğu göndərən mətbuat orqanlarına cavab göndərilmişdir. Biz yenə bu barədə gecikdik. Sorğular gec cavablandırıldı. Ermənistan tərəfindən rəsmi olmasa belə məlumat var idi. Artıq video və şəkillər paylaşılmışdı. Ermənistan müxalifəti bu barədə məlumat yaymışdı. Ən sonda isə Azərbaycan Müdafiə Nazirliyi bu məsələyə münasibət bildirdi. Bu günyarım ərzində övladları təmas xəttində və sərhədboyu ərazidə xidmət göstərən valideynlər dərin narahatlıq keçirtdi. Şükürlər olsun ki, onlar sağ-salamat qaytarıldı”.