Advertisment

Trampla Makronun “qol güləşi” gündəm oldu - VİDEO

Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla fransalı həmkarı Emmanuel Makronun salamlaşması gündəm olub.

Onlar salamlaşarkən Tramp artıq imzasına çevrilən salamlaşma tərzinə sadiq qalaraq Makronu özünə tərəf çəkib. 

Makronun onun bu davranışına münasibəti marağa səbəb olub.

Sosial şəbəkə istifadəçiləri həmin görüntüləri “qol güləşi” kimi xarakterizə ediblər.