Ukraynada keçirilən xüsusi hərbi əməliyyatın iştirakçıları birinci təhsili olduğu halda, ikinci orta peşə təhsilini pulsuz əldə edə biləcəklər. Bu imkan səfərbər edilmiş vətəndaşlar, müqavilə əsasında xidmət edənlər və könüllü birləşmələrin üzvlərinə veriləcək. Müvafiq qanun layihəsi oktyabrın 13-də qanunvericilik fəaliyyəti üzrə hökumət komissiyası tərəfindən yenidən işlənmək şərti ilə təsdiqlənib.
Herbiand.az bildirir ki, bu barədə “Vedomosti”yə biri komissiyaya, digəri isə Ağ Evə yaxın olan iki mənbə bildirib.
Təşəbbüsün müəllifləri arasında Vahid Rusiya baş şurasının katibi və Federasiya Şurası sədrinin birinci müavini Vladimir Yakuşev, Federasiya Şurası sədrinin müavini İnna Svyatenko, Federasiya Şurasının sosial siyasət komitəsinin sədr müavini Darya Lantratova, Dövlət Dumasında “Vahid Rusiya” fraksiyasının sədri Vladimir Vasilyev, aşağı palata sədrinin müavini İrina Yarovaya və başqalarıdır.
Qanun layihəsinin həmmüəlliflərindən biri, Dövlət Dumasının əmək, sosial siyasət və veteranların məsələləri komitəsinin üzvü Yekaterina Stenyakina (“Vahid Rusiya”) “Vedomosti”yə bildirib ki, qanun layihəsi döyüş bölgələrindən qayıdan, əlil olan və əvvəlki peşəsi üzrə işləyə bilməyənlərə dəstək olmaq məqsədi daşıyır.
Bəxtiyar CƏFƏRLİ