Oktyabrın 14-də Kobedəki Kawasaki Heavy Industries (KHI) gəmiqayırma zavodunda Yaponiya Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulmuş 6-cı “Taigei” sinifli dizel-elektrik sualtı qayığın buraxılış mərasimi keçiriləcək.
Herbiand.az xarici mətbuata istinadən bildirir ki, sualtı qayığın adı hələ açıqlanmayıb. Bu, yalnız mərasim zamanı açıqlanacaq.
“Taigei” sinifli sualtı qayıqların uzunluğu 84 metr, eni 9,1 metrdir. Ekipajın sayı təxminən 70 nəfərdir. İlk dəfə olaraq sualtı qayıqların göyərtəsində yalnız qadınlar üçün kupelər də quraşdırılıb.
Bəxtiyar CƏFƏRLİ