Advertisment

“Kalaşnikov” sifarişçiyə PPK-20 avtomatları göndərib

“Kalaşnikov” konserni təkmilləşdirilmiş 9 mm-lik PPK-20 avtomatlarının daha bir partiyasını sifarişçiyə göndərib.

Herbiand.az konsernin mətbuat xidmətinə istinadən bildirir ki, 2025-ci ilin sonuna kimi Rusiya hüquq-mühafizə orqanlarına PPK-20-nin tədarükü ilə bağlı daha bir neçə iri müqavilələrin yerinə yetirilməsi gözlənilir.

PPK-20 avtomatının döyüş istifadəsi təcrübəsi, o cümlədən xüsusi hərbi əməliyyat zonasında istifadəsi onun effektivliyini təsdiq edir. Mütəxəssislərin fikrincə, bu, məhsula tələbatın artması perspektivlərini təsdiqləyir. PPK-20 hazırda seriyalı istehsaldadır. Silah Rusiyanın müxtəlif qurumlarına verilir, həmçinin ixrac edilir.

“Kalaşnikov” bu il istehsal həcminin artdığını vurğulayıb.

Bəxtiyar CƏFƏRLİ