Advertisment

"Türkiyə ilə sərhədlərin açılması artıq zaman məsələsidir" - Paşinyan

Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması artıq zaman məsələsidir, çünki hazırda bu prosesin qarşısında ciddi maneələr yoxdur.

Bu barədə Baş nazir Nikol Paşinyan Paris Sülh Forumunun panel müzakirəsində bildirib.

“Düşünürəm ki, bu, baş verəcək. Nə qədər tez - bu, başqa məsələdir. Hesab edirəm ki, biz o anın yaxınlaşdığı mərhələdəyik ki, tam diplomatik münasibətlər, açıq sərhədlər, iqtisadi və siyasi əməkdaşlıq qurulacaq və biz normal qonşular olacağıq. Əminəm ki, bu an yaxınlaşır, amma dəqiq vaxtını deyə bilmirəm”, – Paşinyan vurğulayıb.