Advertisment

İsrailə verilən meyit qalıqları HAMAS-ın əlindəki girovlara aid deyil

Dünən İsrailə təhvil verilən tabutdakı meyit qalıqları HAMAS-ın əlində olan girovlara aid deyil.

Herbiand.az xəbər verir ki, həmin qalıqlar hazırda HAMAS-ın əlində olan 13 israilli girovun meyitindən heç birinə məxsus deyil.

 

Qeyd edək ki, İsrail HAMAS-ı girov meyitlərinin qaytarılmasını bilərəkdən ləngitməkdə ittiham edir, HAMAS isə meyitlərin tapılıb-çıxarılması üçün lazımı texnikaya malik olmadığını və bu səbəbdən gecikmələrin olduğunu bildirir.[APA]