Vətən uğrunda, onun azadlığı və istiqlaliyyəti uğrunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümləri ilə ölümsüzlüyə qovuşurlar.
Azərbaycan tarixinə adını qızıl hərflərlə yazan ölümsüz qəhrəmanlarımızdan biri də Rzayev Kənan Əbdürrəhman oğludur. Kənan ikinci Qarabağ müharibəsi zamanı, oktyabr ayının 25-də Hadrut qəsəbəinin azadlığı uğrunda gedən döyüşlərdə şəhadətə ucalıb. Bu gün Kənanın doğulduğu Qızılca kəndində anım mərasimi keçirilib.
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat xidməti bildirir ki, tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri Qadir İbrahimov, rayonda fəaliyyət göstərən hüquq-mühavizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri, icra hakimiyyətinin əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhid Rzayev Kənan ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun
Bəxtiyar ƏLİYEV