Advertisment

Xocalıda itkin düşən şəhid Elçin Quliyevlə vida mərasimi keçirilib

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid hərbçi Quliyev Elçin Balaxan oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.

Bu gün şəhidlə vida mərasimi keçirilib.

Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Suraxanı rayonu, “Dədə Qorqud” Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, şəhid Elçin Quliyev 1965-ci ildə Sabirabad rayonunun Vladimirovka kəndində doğulub və 1992-ci ildə Xocalı şəhərində itkin düşüb.