Advertisment

“Rusiya və Çin ABŞ-ın nüvə sınaqlarının bərpasından faydalanacaq” - WSJ

ABŞ-ın nüvə silahı sınaqlarını bərpa etməyi planlaşdırması son nəticədə Rusiya və Çinin strateji silah mövqelərini gücləndirməkdə əlinə yararlı olacaq.

Herbiand.az bildirir ki, bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb.

Nəşr ABŞ-ın keçmiş prezidenti Bill Klintonun Milli Təhlükəsizlik Şurasında kütləvi qırğın silahları üzrə əsas eksperti Qeri Seymordan sitat gətirib: “Bu, nüvə silahlarının yeni növlərini inkişaf etdirən və sınaqların bərpasından faydalanan Rusiya və Çinə hədiyyə olardı”.

O, həmçinin qeyd edib ki, ABŞ-ın nüvə arsenalının etibarlılığını qorumaq üçün nüvə sınaqları vacib deyil.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp nüvə silahının sınaqdan keçirilməsinə dair göstəriş verib.

Bəxtiyar CƏFƏRLİ