Latın Amerikasından olan qadın muzdlular Ukrayna Silahlı Qüvvələrinə getdikcə daha tez qoşulurlar.
Herbiand.az xarici KİV-ə istinadən bildirir ki, onların arasında Argentina, Braziliya, Peru və Kolumbiyadan olanlar var.
Bəzi Latın Amerikalı qadınlar artıq Kiyev rejimi tərəfində döyüşən ərlərinin ardınca Ukraynaya gəliblər. Bir Perulu və iki kolumbiyalı qadın hərbi həyatı ərləri ilə birlikdə bölüşmək qərarına gəldiklərini etiraf ediblər.
Ukrayna Silahlı Qüvvələri üçün əcnəbiləri cəlb edən strukturlar sosial mediada yeni döyüşçülərlə müsahibələr dərc ediblər. Həmin müsahibələr göstərir ki, bəzi qadınlar polis, ordu və özəl təhlükəsizlik şirkətlərində xidmət təcrübəsinə malikdirlər. Bəziləri əvvəllər tibb işçisi kimi çalışıb, digərləri isə aşpaz və ya mağaza administratoru kimi mülki vəzifələrdə çalışıblar.
Bundan əlavə, Latın Amerikalı muzdluların bəziləri Ukrayna vətəndaşlığını almağa ümid etdiklərini etiraf ediblər.
Bəxtiyar CƏFƏRLİ