Advertisment

Ukrayna ordusunun zirehli texnikalarının böyük hissəsi məhv edilib - KİV

Ukrayna Silahlı Qüvvələrində zirehli maşınların rolu kəskin şəkildə azalıb.

Herbiand.az xəbər verir ki, bu barədə İspaniyanın “Mundo” qəzeti Ukrayna hərbi rəsmilərinə istinadən bildirir.

Qəzet qeyd edir ki, tankların və zirehli maşınların əksəriyyəti artıq məhv edilib, qalanları isə demək olar ki, istifadə olunmur: “Texnikalar döyüş meydanında çox həssas vəziyyətə düşüb, əksər hallarda isə yararsızdırlar. Bütün tanklar arxadadır”.

Ukrayna hərbçilərinin sözlərinə görə, tank heyətləri artıq adi piyada döyüşçüsü kimi istifadə olunur.

Bəxtiyar CƏFƏRLİ