Advertisment

Rusiya 2029-2030-cu illərdə Avropada böyük bir müharibəyə başlamağa hazırlaşır  - Zelenski

Rusiya Federasiyası hərbi sənaye müəssisələrində istehsalı artırır. 2029 və ya 2030-cu illərdə Avropa qitəsində böyük bir müharibəyə hazırlaşır.

Herbiand.az xəbər verir ki, bunu Prezident Volodimir Zelenski öz Telegram kanalında bildirib və Rusiyaya daha çox təzyiq göstərilməli olduğunu qeyd edib.

"Döyüş meydanındakı vəziyyəti nəzərə alsaq, Rusiyanın dayanmaq istəmədiyini görürük. Problem ondadır ki, Rusiyanın hərbi sənayesinə baxanda görürük ki, onlar istehsallarını artırırlar. Və bizim qiymətləndirməmizə görə, onlar bu müharibəni davam etdirmək istəyirlər".

Eyni zamanda, prezident hesab edir ki, Rusiyaya çox təzyiq göstərilərsə, rusların fasiləyə ehtiyacı olacaq.

"Amma biz etiraf etməliyik ki, onlar böyük bir müharibə istəyirlər və onlar 2029 və ya 2030-cu illərdə - həmin dövrdə - Avropa qitəsində belə bir böyük müharibəyə başlamağa hazırlaşırlar. Biz bunu həqiqətən böyük bir çətinlik kimi görürük", - deyə Zelenski vurğuladı.

Dövlət başçısı əlavə etdi ki, hazırda Ukraynadakı rus işğalçılarını necə dayandırmaq barədə düşünməliyik.

"Biz onların imkanlarını azaltmaq üçün hər şeyi etməliyik. Onlara enerjidən əldə edə biləcəkləri pulu verməyin. Və onlara silah verməyin. Buna görə də, bu, nəzərdən keçirməli olduğumuz bir məsələdir".