Estoniyanın təhlükəsizliyinin gücləndirilməsi daha güclü diplomatiya ilə başlayır.
Bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Estoniyanın təhlükəsizliyinin gücləndirilməsi daha güclü diplomatiya ilə başlayır. Biz Moldova, Ermənistan, Azərbaycan, Braziliya və Keniyada səfirliklər açacağıq. Daha geniş qlobal iz maraqlarımızın qorunmasına kömək edir və sürətlə inkişaf edən bölgələrdə Estoniya biznesləri üçün yeni qapılar açır”, - XİN-dən bildirib.
Estoniya xarici işlər naziri Marqus Tsahkna isə “X” hesabında səfirlik açacaqları Moldova, Ermənistan, Azərbaycan, Braziliya və Keniya ilə əməkdaşlığın gücləndirilməsini səbirsizliklə gözlədiklərini qeyd edib.