Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının qızı deputat Günay Ağamalı ilə bağlı yeni iddia müzakirələrə səbəb olub.
Herbiand.az Globalinfo.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə millət vəkilinin qızı olduğu iddia edilən gəncin görüntüləri paylaşılıb.
Sözügedən şəxsin “TikTok” hesabından götürülən kadrlar birmənalı qarşılanmayıb.
Belə ki, videoda gənc qızın bədənində tatuların olması və boynuna xaç taxması tənqid edilib.
İstifadəçilər xüsusilə Fəzail Ağamalının ailə dəyərləri barədə çıxışlarını, eləcə də onun Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri komitəsinin, həmçinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü olmasına diqqət çəkirlər.
Xəbəri dəqiqləşdirmək üçün Günay Ağamalı ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab vermədi. Qarşı tərəfin mövqeyini yayımlamağa hazırıq.
Xatırladaq ki, bir müddət əvvəl AVP-nin qurultayında ciddi insident yaşanmışdı. Tədbir zamanı dava düşüb, tərəflər arasında qarşıdurma yaranıb. Partiya sədri Fəzail Ağamalı qurultayda qızı Günay Ağamalının sədr seçilməsini dəstəklədiyini bildirib və istefa verdiyini açıqlayıb. Lakin qurultay iştirakçılarının böyük qismi onun oğlu Elçin Ağamalını dəstəkləyib. Gərginliyin artamsı fonunda Fəzail Ağamalı qurultayı yarımçıq dayandırıb. Ardınca Günay Ağamalı atasının faktiki olaraq istefa vermədiyini bəyan edib. Daha sonra Fəzail Ağamalının oğlu Elçin Ağamalı proseslə bağlı müvafiq dövlət qurumlarına müraciət etdiyini açıqlayıb.
