Almaniyanın Krauss-Maffei Wegmann and Nexter şirkəti Norveç Müdafiə Nazirliyi üçün hazırlanmış ilk "Leopard-2A8" əsas döyüş tankını təqdim edib.
Herbiand.az bildirir ki, bu barədə Military Watch Magazine jurnalı yazıb.
"Leopard-2A8" tankı "Leopard-2A6" ilə müqayisədə bir sıra əsas təkmilləşdirmələr alıb. Xüsusilə, tank İsrailin Trophy aktiv mühafizə sistemi, yeni 20 kVt-lıq köməkçi güc bloku və təkmilləşdirilmiş atəş idarəetmə sistemi ilə təchiz olunub.
Bəxtiyar CƏFƏRLİ