Advertisment

Napolinin yaralı yeri - Qarabağ istifadə edə biləcəkmi?

Sabah "Qarabağ" futbol klubu yazdığı tarixə bir yenisini əlavə etmək üçün mübarizə aparacaq. Köhlən Atlar 4 turdan sonra 7 xal toplayıblar və bir çox ekspertlər tərəfindən turnirin sürpriz komandası hesab olunurlar.

 

İtaliya çempionu "Napoli" isə bu sezona uğurlu başlamayıb. Çempionlar Liqasında 4 turdan sonra cəmi 4 xal toplayan mavi-ağlar yeganə qələbəsini öz meydanında “Sportinq” üzərində (2:1) qazanıb. "Napoli" sürətli oyun sərgiləyən komanda olmasa da, aqressiv mübarizəsi ilə seçilir. Komanda son 4 avrokubok matçında 2 qırmızı vərəqə alıb və bir oyunda qapısında penaltiyə səbəb olub.

 

Rəqibin qapıçısının irəli çıxışlarında ciddi problemləri var. Az qala “Sportinq”in hücumçusu bu səhvdən istifadə edib onu cəzalandıracaqdı — bəlkə də həmin səhvdən yararlanmaq bu dəfə bizə qismət olacaq. Qapıçılardan danışmışkən, gəlin öz qapıçımıza da nəzər salaq. Koxalski ümumilikdə yaxşı qapıçıdır, lakin uzaqdan zərbələri dəf etməkdə müəyyən problemləri mövcuddur. Bu görüş onun üçün düşərli ola bilər, çünki "Napoli" əvvəlki matçlarda endirdiyi uzaq zərbələrin əksəriyyətində çərçivəni tapmayıb. Həmçinin, rəqibin uzaqdan və ya cərimə zərbəsindən qol vurmaq potensialı olan futbolçularının bir çoxu hazırda zədəlidir. Rəqibin əsas ümidi uzun asma ötürmələr və künc zərbələridir.

 

Qarabağda ən böyük suallardan biri müdafiənin solunda kimin oynayacağıdır: Elvin, yoxsa Toral? Böyük ehtimalla bu matçda start heyətdə Toral meydana çıxacaq. Qurban Qurbanov son müsahibəsində Elvinin müəyyən qədər formadan düşdüyünü bildirmişdi. Düzdür, Elvin yaxşı futbolçudur, lakin "Napoli" sürətli futbol oynamadığı üçün bu görüşdə Toralın texniki keyfiyyətlərindən istifadə etmək daha məntiqli görünür.

 

Heyətlərə gəlincə, məncə "Qarabağ" bu şəkildə düzüləcək:

 

Qapı: Koxalski

 

Müdafiə: Medina, Bəhlul, Toral (sağ), Mateus Silva (sol), Jankoviç (mərkəz)

 

Orta xətt: Zubir, Addai (Zubirin cinahı), Pedro Bicalho (sağ)

 

Hücum: Leandro Andrade (sağ cinah), Camilo Duran (mərkəz)

---

Yunis İsrəfilov