Advertisment

Mark Rutte Danimarka müdafiə naziri və Qrenlandiya XİN rəhbəri ilə görüşəcək

NATO Baş katibi Mark Rutte yanvarın 19-da Brüsseldə Danimarka müdafiə naziri və Qrenlandiya xarici işlər nazirini qəbul edəcək.

Herbiand.az bildirir ki, bu barədə Alyansın mətbuat xidmətindən məlumat verilib.

“19 yanvar 2026-cı il, bazar ertəsi günü NATO Baş katibi Mark Rutte Brüsseldəki NATO mənzil qərargahında Danimarka müdafiə naziri Troels Lund Poulsen və Qrenlandiyanın xarici işlər və elmi tədqiqatlar naziri Vivian Motzfeldt ilə görüşəcək”, - məlumatda deyilir.

Bəxtiyar CƏFƏRLİ