Advertisment

Bakıda həyat yoldaşını öldürən, tanışını yaralayan Əfqanıstan vətəndaşına hökm oxunub

Bakıda həyat yoldaşını öldürmək və tanışını yaralamqda təqsirləndirilən Səməndər Səfayinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Herbiand.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

 

O, təqsirləndirilən şəxsin 18 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

 

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Səməndər Səfayi 16 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə 2024-cü ilin iyulunda paytaxtın Binəqədi rayonunda baş verib.

 

Paytaxt sakini Nüşabə Səfərovanın (Səfayi) qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi rayon Prokurorluğunun apardığı araşdırmalarla zərərçəkmişin əri Əfqanistan Respublikasının vətəndaşı Səməndər Səfayinin mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nüşabə Səfərovanı (Səfayi) qəsdən öldürməsinə və tanışı Canmirzə Cabbarovu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət işi başlanılıb. Səməndər Səfayiyə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 125-ci ( Özünü öldürmə həddinə çatdırma) və 133.2.6-ci (Əzab vermə, işgəncə verməklə törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.