Ucarda yol qəzası olub.
Herbiand.az -ın xəbərinə görə, hadisə Ucar- Zərdab avtomobil yolunda, rayonun Qazyan kəndi ərazisində baş verib.
"VAZ-2107" markalı minik maşını ilə "VAZ-2106" markalı maşın toqquşub. "VAZ- 2106"nın sürücüsü xəsarət alıb. Hadisə zamanı hər iki avtomobilə ciddi ziyan dəyib.