Rusiya qoşunları Ukrayna ordusu ilə toqquşmalar zamanı Amerikanın İkinci Dünya Müharibəsinə aid çoxlu sayda ağır pulemyotlarını qənimət olaraq ələ keçirib.
Herbiand.az bildirir ki, bu barədə Mash Telegram kanalı xəbər verir.
"Rusiya Silahlı Qüvvələrinin əsgərləri Belqorod sərhədi yaxınlığında çoxlu sayda Amerika ağır pulemyotlarını qənimət olaraq ələ keçiriblər”, - Teleqram kanal qeyd edib.
Məlumata görə, silahlar Ukraynaya ötürülən Browning M2 pulemyotları olub, ancaq birbaşa ABŞ-dan deyil, Belçika vasitəsilə Ukraynaya verilib. Yoxlama zamanı silahların texniki cəhətdən pis vəziyyətdə olduğu müəyyən edilib. Bəzi silahlarda hələ də 19-cu əsrin sonlarında qurulan Belçikannı FN Herstal şirkətinin markaları olub. Digər silahlarda isə identifikasiya nömrələri və istehsalçı adları çıxarılıb.
Pulemyotlar Ukrayna Silahlı Qüvvələrinin silahlanmasına 2022-ci ildə daxil olub və əvvəlcə müdafiə tapşırıqları üçün istifadə edilib. Lakin zaman keçdikcə cəbhə xəttindəki dəyişən vəziyyət fonunda onlar hücum bölmələrinə verilib.
Rusiya ordusuna Browning M2 ilə yanaşı, daha müasir hücum silahları və qumbaraatanlar da qismət olub.
Bəxtiyar CƏFƏRLİ