Advertisment

Reuters: ABŞ Ukraynaya təhlükəsizlik zəmanətləri müqabilində Donbasdan imtina etməsini tələb etməyib

ABŞ Rusiya ilə sülh müqaviləsi imzaladığı təqdirdə Ukraynaya təhlükəsizlik zəmanətləri verəcək. Lakin Amerika tərəfi müqaviləyə konkret hansı bəndlərin daxil edilməli olduğunu dəqiqləşdirmir.

Herbiand.az bildirir ki, bu barədə Reuters müzakirələrlə tanış olan mənbəyə istinadən məlumat yayıb.

Bu günlərdə Financial Times qəzeti qeyd etmişdi ki, Kiyev təklif olunan variant üzrə münaqişənin həllinə razılıq verərsə, Tramp administrasiyası ona təhlükəsizlik zəmanətləri verəcək. Bura ehtimal ki, Donbasın Rusiyaya verilməsi də daxildir. Danışıqlarla tanış olan səkkiz mənbə bu barədə qəzetə məlumat vermişdi.

Lakin Reuters-in həmsöhbəti ABŞ-ın təhlükəsizlik zəmanətləri verməsi üçün ərazi güzəştlərinin şərt olduğunu təkzib edib.

Bəxtiyar CƏFƏRLİ