ABŞ Konqresinin əməkdaşlarından ibarət nümayəndə heyəti Gürcüstana səfər edib.
Herbiand.az xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyindən bildirilib.
Nümayəndə heyətinin üzvləri regional səfər çərçivəsində Gürcüstan rəsmiləri və müxalifət liderləri ilə görüşlər keçirəcək.
Yerli medianın məlumatına əsasən, görüşlər KİV üçün qapalı olacaq.
Qeyd edək ki, ABŞ-Gürcüstan münasibətlərində 2024-cü ilin sonundan gərginlik hökm sürür. Vaşinqton həmin ilin noyabrın 30-da Tbilisi ilə strateji tərəfdaşlığı dayandırıb. Gürcüstan hökuməti ABŞ-la strateji tərəfdaşlığı təmiz səhifədən bərpa etməyə hazırlığını dəfələrlə bəyan edib.