Advertisment

Mette Frederiksen: Rutte Qrenlandiya ilə bağlı Danimarkanın adından danışmamalı idi

NATO-nun Baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Tramp ilə Qrenlandiya məsələsi üzrə Kopenhagen adından danışıqlar aparmamalı idi.

Herbiand.az xəbər verir ki, bu barədə Danimarka Baş naziri Mette Frederiksen “New York Times“ a müsahibəsində bildirib.

“Ada üzərində suverenliyin verilməsi ideyası Danimarka və onun Avropa müttəfiqləri üçün qırmızı xətdir və bu sərhədin keçilməsi mümkün deyil” , - Baş nazir Davosda Rutte və Tramp arasında Qrenlandiya üzər əldə olunan razılaşmanı şərh edərkən vurğulayıb.

Frederiksen ABŞ ilə Danimarka arasında Vaşinqtonun adada hərbi baza yaratmasına icazə verən 1951-ci ildə imzalanmış razılaşmanı yüksək qiymətləndirib. Baş nazir qeyd edib ki, bu razılaşma gələcək danışıqlar çərçivəsində nəzərdən keçirilə bilər.

"Bizim hazırda siyasi-diplomatik həll yolunu tapmağa imkan verən ənənəvi bir yolumuz və NATO tərəfindən Arktik regionda daimi mövcudluq üçün daha aydın dəstək var," – Baş nazir bildirib.