Advertisment

DSX-nin Akademiyasına kursant qəbulu elan edilib

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasına kursant qəbulu elan olunub.

DSX-nin mətbuat mərkəzindən Herbiand.az-a verilən məlumata görə, birinci ixtisas qrupu üzrə “Sərhəd təhlükəsizliyi və idarəetmə” ixtisasına müraciət etmək istəyən namizədlər Azərbaycan Respublikasının vətəndaşı olmalı, orta və ya orta-ixtisas təhsilli, həmçinin fiziki cəhətdən sağlam olmalıdırlar.

Sənədlər DSX-nin Akademiyasına və ya yaxınlıqda yerləşən hərbi hissələrinə təqdim edilə bilər.

Daha ətraflı məlumatı DSX-nin dsx.gov.az rəsmi internet saytından ala bilərsiniz.

Ünvan: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29 42A

Əlaqə nömrələri: (012) 372-16-20; (012) 493-62-47