Advertisment

Danimarka şirkəti patrul gəmiləri xətti hazırlayıb

Patrul gəmilərinin hazırlanması ilə tanınan Danimarkanın OMT şirkəti ölkənin Sahil Mühafizəsi (uzunluğu 85 metr), Hərbi Dəniz Qüvvələri (85 və 110 metr) və Arktika Donanması (120 metr) üçün dörd fərqli növdən ibarət yeni O1 gəmi ailəsini təqdim edib.

Herbiand.az bildirir ki, Sahil Mühafizəsi versiyası əlavə artilleriya və 3D hava müşahidə radarı olan 85 metrlik patrul gəmisidir.

Hərbi Dəniz Qüvvələri üçün eyni uzunluqdakı modifikasiya konteynerlərin sayını üç ədəd azaldır ki, bu da helikopter və dron üçün platforma yaratmağa imkan verir. Dizayn həmçinin, şaquli buraxılış sistemi, gəmi əleyhinə raket buraxılış qurğuları və torpedo borularını yerləşdirmək üçün də nəzərdə tutulub.

110 metrlik versiya isə özünəməxsus dizayn fəlsəfəsinə malik korvetdən daha yavaş, freqatdan daha ölümcül əsl döyüş gəmisidir.

Bəxtiyar CƏFƏRLİ