Advertisment

Putin BƏƏ prezidenti ilə Yaxın Şərqi müzakirə edəcək

Yanvarın 29-da Rusiya Prezidenti Vladimir Putin Moskvada rəsmi səfərdə olacaq Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla danışıqlar aparacaq.

Herbiand.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, danışıqlarda çoxşaxəli Rusiya-BƏƏ əməkdaşlığının əsas sahələri, Yaxın Şərqdəki mövcud vəziyyət və digər beynəlxalq məsələlər müzakirə olunacaq.