Advertisment

Rəsmi İrəvan seçkilər ərəfəsində hibrid hücumların güclənəcəyini gözləyir

İyunun əvvəlində keçirilməsi planlaşdırılan parlament seçkiləri ərəfəsində hibrid hücumların güclənəcəyi gözlənilir.

Herbiand.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı bildirib.

“Biz bu hücumlara demokratiyanın alətlərindən istifadə edərək qarşı durmağa hazırıq və artıq müəyyən immunitet formalaşdırmışıq. Son 4–5 il ərzində hibrid təhdidlər şəraitində yaşamışıq, “zorakı” mitinqlərin şahidi olmuşuq. Biz dezinformasiya, saxta xəbərlər və informasiya manipulyasiyaları mühitində yaşayırıq”, – Mirzoyan qeyd edib.