ASAL Araşdırmalar Şirkəti 2026-cı ilin yanvar ayı üçün Türkiyənin siyasi liderlərinin reytinqini açıqlayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan sorğuda rəqiblərini böyük üstünlüklə qabaqlayıb.
Sorğu iştirakçılarına “Türkiyəni kim idarə etməlidir” sualı verilib.
2025-ci ilin noyabr – 2026-cı ilin yanvar dövründə rəqiblərinin hamısı xalq arasında dəstəyini itirərkən, Rəcəb Tayyib Ərdoğanın yeri dəyişməyib. Prezident 23,2 faiz səslə birinci pillədəki yerini qoruyub.
Əvvəlki sorğularla müqayisədə səs itirən Ankara şəhərinin bələdiyyə sədri Mansur Yavaş 14 faizlə ikinci, İstanbulun həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğlu isə 11,3 faizlə üçüncüdür.
Müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl (5,9 faiz) dördüncü, keçmiş Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaş (6 faiz) beşinci, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı (3,7 faiz) altıncı, İyi Partiyasının sədri Müsavat Dərvişoğlu (3,3 faiz) yeddinci, Zəfər Partiyasının sədri Ümit Özdağ (2,4 faiz) səkkizinci, Anahtar Partiyasının sədri Yavuz Ağıralioğlu (2 faiz) doqquzuncu və Yenidən Rəfah Partiyasının sədri Fatih Ərbakan (1,8 faiz) onuncudur.
