Advertisment

Dünya nizamını gücləndirməliyik - Kallas

Biz qanunlara əsaslanan dünya nizamını gücləndirməliyik.

Bunu Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Oslo Təhlükəsizlik Konfransında deyib.

“Belə bir fikir var ki, beynəlxalq qanunlara əsaslanan dünya nizamı sadəcə bir illüziya olub və işlər həmişə cəngəllik qanunları əsasında irəliləyib. Belə ki, kimin gücü varsa, istədiyini alır. Amma qeyd etmək lazımdır ki, hətta cəngəllikdə belə heyvanlar arasında əməkdaşlıq olur”, - Kaya Kallas qeyd edib.

O, beynəlxalq qanunları dəstəkləyən ölkələrin birlikdə çalışaraq dünya nizamını gücləndirməli olduğunu vurğulayıb.