Advertisment

Türkiyə Portuqaliya üçün ilk yanacaqdoldurma tankeri tikir

Yanvarın 29-da Türkiyənin STM şirkətinə məxsus İstanbuldakı ADA gəmiqayırma zavodunda Portuqaliya Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulan ilk logistika dəstək gəmisi (yanacaq doldurma tankeri) qoyulub.

Herbiand.az xəbər verir ki, yanacaq doldurma tankeri üçün müqavilə 17 dekabr 2024-cü ildə Lissabonda imzalanıb.

İki ay əvvəl layihələndirmə başa çatdıqdan sonra tikinti işlərinin başlanğıcını qeyd edən polad kəsmə əməliyyatı aparılıb.

Kilin qoyulması mərasimində Portuqaliyanın milli müdafiə naziri Nuno Melo, türkiyəli həmkarı Yaşar Güler, Türkiyə müdafiə sənayesi rəyasət heyətinin rəhbəri Hayluk Görgün, Türkiyə Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı, admiral Ərcüment Tatlıoğlu və portuqaliyalı həmkarı Admiral Nobre de Sousa, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.

Gəmilərin uzunluğu 137 metr, su tutumu isə 11.000 tondan çox olacaq. Ekipaj 50 nəfərdir. Həmçinin 50 əlavə heyət və 100-ə qədər müvəqqəti sərnişin üçün yaşayış yerləri nəzərdə tutulur.

Taker 12,7 mm-lik məsafədən idarə olunan döyüş modulları və yalanşı hədəflər ilə təchiz olunacaq. Arxa hissədə helikopterlər və PUA-lar üçün eniş meydançası nəzərdə tutulub.

Göyərtədə 4000 kubmetr F-76 dizel yanacağı, 350 kubmetr F-44 mühərrik yağı, 650 kubmetr təmiz su, 700 kubmetr ümumi yük, altı 20 futluq konteyner və sursat var.

Bəxtiyar CƏFƏRLİ