UR-100N UTTX qitələrarası ballistik raketlərinin xidmət müddəti daha bir neçə il uzadılacaq.
Herbiand.az xəbər verir ki, bu barədə “Maşinostroyeniya” Elm-İstehsalat Birliyinin baş direktoru və baş dizayneri Aleksandr Leonov bildirib.
“Biz bu müddətləri imkan olduğu qədər uzadırıq. Raket qrupunu saxlamaq üçün onları uzadırıq, bu isə zəruridir. Bu tapşırığı Müdafiə Nazirliyi qarşıdakı illərdə bizim üçün müəyyən edib”, - Leonov deyib.
Baş direktor qeyd edib ki, şirkət xidmət müddəti 40 ildən çox olan raketlərin resurslarını saxlayır: “Bu, hər il həyata keçirdiyimiz genişmiqyaslı layihə ilə müşayiət olunur. Raketlər tamamilə sökülür və yoxlanılır. Biz onların hər şeydən əvvəl, təhlükəsiz olduğundan və öz missiyalarını yerinə yetirəcəyindən əmin olmalıyıq. Buna görə də, hər il bu raketlərin xidmət müddətini daha bir il uzadırıq”.
UR-100N UTTX - Sovet istehsalı olan maye yanacaqla işləyən qitələrarası ballistik raketdir. Altıya qədər döyüş başlığı və bir sıra raketdən müdafiə sistemləri daşıyır.
Bəxtiyar CƏFƏRLİ