Rusiyanın Orenburq vilayətində təlim təyyarəsi qəzaya uğrayıb, üç nəfər ölüb.
Rusiya mediasının məlumatına görə, hadisə Orsk yaxınlığında baş verib. Göyərtədə Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universitetinin iki kursantı və bir müəllimi olub.
Təyyarə təlim uçuşu həyata keçirərkən qəzaya uğrayıb.