Ermənistana rəsmi səfəri zamanı Hindistan Silahlı Qüvvələrinin müdafiə qərargah rəisi general Anil Çauhan Ermənistanın müdafiə naziri Suren Papikyan tərəfindən qəbul edilib.
Herbiand.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Görüşdə Hindistanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Nilakşi Saha Sinha da iştirak edib.
Nazir Papikyan Ermənistan-Hindistan müdafiə əməkdaşlığının hazırkı səviyyəsini yüksək qiymətləndirib və əməkdaşlıq proqramlarının müntəzəm olaraq həyata keçirilməsinin vacibliyini vurğulayıb.
General Çauhan Hindistan Silahlı Qüvvələrinin mövcud sahələrdə əməkdaşlığı inkişaf etdirməyə və qarşılıqlı maraq doğuran yeni sahələr yaratmağa hazır olduğunu bildirib.
Görüşdə regional və beynəlxalq təhlükəsizlik məsələləri də müzakirə olunub.