Advertisment

Finlandiya köhnə sovet hərbi bazasının modernləşdirilməsindən narahatdır

Finlandiya sərhəd bölgələrində Rusiya hərbi infrastrukturunun bərpası ilə bağlı narahatlığını bildirib.

Herbiand.az bildirir ki, bu barədə Finlandiyanın Yle teleradio kompaniyası peyk görüntülərinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, 2025-ci ildə Moskva uzun müddətdir boş olan Petrozavodskdakı sovet bazasının modernləşdirilməsinə başlayıb.

“Otlaq ərazi təmizlənib və avadanlıqlar gəlib. İndi orada qoşun sayını əhəmiyyətli dərəcədə artırmaq üçün yeni kazarmalar tikmək planları üzərində iş gedir”, - nəşr yazıb.

Bəxtiyar CƏFƏRLİ